“NBCBank” ASC “Problemli kreditlər üzrə mütəxəssis” və “Biznes kredit mütəxəssisi” vəzifələrinə işçi qəbulu elan edir. Banco.az portalı olaraq, vakansiyalar barədə ətraflı məlumatı sizin diqqətinizə çatdırırıq:
Problemli kreditlər üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
- Bank sektorunda problemli kreditlərlə bağlı ən azı 1 illik iş təcrübəsi
- İnsanlarla ünsiyyət qurma bacarığı
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
- Analitik qabiliyyət
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- Sürücülük vəsiqəsi
Əsas iş funksiyaları:
- Gecikmədə olan kredit dosyelərinin təhlil olunması
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
- Gecikmədə olan müştərilərin ödənişlərinin nizamlanması ilə bağlı Kredit Komitəsinə müraciətlərin hazırlanması
- Problemlərin həll olunması vəziyyətindən asılı olaraq dosyelərin müvafiq struktur bölmələrinə təqdim edilməsi.
Əmək haqqı: 500-600 AZN
Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə
Email: [email protected]
Telefon: (012) 566 46 46
Biznes kredit mütəxəssisi
Tələblər:
- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
- Bank sektorunda kredit mütəxəssisi (Biznes) kimi ən azı 1 illik iş təcrübəsi
- Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma
- İnsanlarla ünsiyyət qurma bacarığı.
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
- Analitik qabiliyyət.
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
- MS Office proqramlarında işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Müştərinin Bankın kredit məhsulları barədə məlumatlandırılması.
- Kredit ödənişlərinin qəbulu və proqramda icrası
- Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi
- Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
- Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
- Banka perspektiv müştərilərin cəlb edilməsi, kredit portfelinin formalaşdırılması
- Kredit və girovların monitorinqinin həyata keçirilməsi.
Əmək haqqı: 600-800 AZN
Email: [email protected]
Namizədlərdən e-mailin mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etmələri xahiş olunur.
Məlumat üçün onu da qeyd edək ki, hər 2 vakansiya üzrə son müraciət tarixi 16 avqust 2014-cü ildir.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs