NBC bankın 2018-ci ilin ikinci rübünə olan aktivləri 240 mln 16 min təşkil edir, bu isə keçən rüb göstəricisindən 8% çoxdur. Belə ki, keçən il bankın aktivlərinin həcmi 221 mln 879 min idi.
Öhdəliklərinə baxdıqda keçən rüb 164 mln 255 min olan bankın öhdəlikləri, bu il 10% artaraq 181 mln 372 min olub.
Kapitala gəldikdə isə keçən rüb 57 mln 624 min olan bankın kapitalı, bu rüb 1 mln artaraq 58 mln 644 min olub.
Kredit porfeli keçən rüblə müqayisə də, 12% artaraq 184 mln 798 min olub, depozit portfeli isə 2 mln artaraq 85 mln 238 min olub.