NBA-in devi Shaquille O’Neal’dən ağılabatan 15 söz! | Banco.az

NBA-in devi Shaquille O’Neal’dən ağılabatan 15 söz!

216 sm boyu və 147 kq ağırlığı ilə hər sahədə böyük ləqəbini ələ keçirmiş, Amerikan basketbolu olan NBA-in köhnə dev oyunçusu Shaquille O’Neal indi də böyük sahibkar adlandırılır.  Birinci Google şirkətinə yatırım etdi, o zaman ki Google-ı hələ çox  adam tanımırdı, sonra özü kimi devlər yetişdirmək üçün fitness mərkəzi açdı, bu azmış kimi “Five Guys Burger” fastfud restoranını yaratdı. Hər şeyi doğru zamanda , doğru yerdə edən Shaqin elə sözləri var ki, ağılabatandır.

Qeyd: Mənim favori sözüm 6 və 12-dir

1) Heç bir zaman problemləriniz haqqında narahat olmayın, narahat olası məsələ onların həll yolunu tapmaqdır. 

2) Cərimə xəttindən 40% -lik atışlar etməyim Tanrının kimsə mükəmməl deyildir demə formasıdır. 

3) Əslinə məni motivasiya edən elə mən özüməm. Sizdə də elə olmalıdır.

4) İradları motivasiyaya çevirməyi balaca yaşından öyrənməm lazım idi.

5) Qazanmaq istəyirik, böyük qazanmaq istəyirik, bütün hər şeyi qazanmaq istəyirik.

6) Böyül Aristotel olaraq tanınmaq istərdim. Çünki onun belə bir sözü var:

Mükəmməllik bir dəfəlik deyildir, vərdişdir. Sən təkrarlayaraq davamlı etdiyin bir hərəkətsən. 

Ən sərfəli kredit üçün müraciət et

7) Mənə heç bir şey öncədən verilməyib. Hər şeyi doğru zamanda, doğru yerdə etdim və indi olduğum yeri qazandım.

8) Digər insanlar üçün necədir bilmirəm, amma mənim olduğum yerdə güc ağıldan başlayır.

9) Haqlı və ədalətli olduğunuzda bunu insanlara deməyə məcbur deyilsiniz.

10) Statistikalar haqqında narahat olmaqdan əl çəkdiyim gün uğurlu olmağa başladığım gündür.

11) Uğurlu olmağı davam etdirmək üçün hər kəsi dinlədim. Amma bu insanlar içərisindən doğru bildiklərimin sözünə əməl etdim. 

12) Komandir narahat olmazsa, əsgərlər  də olmaz.

13) Tortun hamısını yeməliyik, bir dilimini yox. Bir dilim tort dadlı olsa da bizi kökəltmək üçün bəs eləmir. Bizə gördüyümüz işdə kökəlmək lazımdır.

14)  Heç vaxt yarıyolda imtina etmədim.  Problemlərə qarşı dirəndim, bəhanələr yox dedim.

15) Mən çox qəribə adamam. Rep bəstələyirəm, filmlərdə oynayıram. Əylənmək üçün hər şey edirəm. Amam bunları düzgün formada edirəm. 

Onu biz niyə sevirik? Sübütu aşağıdakı videodadır :)

Xəzər Aslanov

Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et