Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14 aprel 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 7 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Nəqliyyat vasitələrinin markaları "Chevrolet Niva 2123"dür.
Qeyd edək ki, avtomobillərin buraxılış ili 2007, start qiyməti isə 2 100 manatdan 2 450 manata qədərdir. Nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
Avtomobillər haqqında daha ətraflı məlumat:
Bizi sosial şəbəkələrdən izləyin!!
