Nazirlikdən pensiya və müavinət ödənişi ilə bağlı - AÇIQLAMA | Banco.az

Nazirlikdən pensiya və müavinət ödənişi ilə bağlı - AÇIQLAMA

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldığından onlara əlilliyə görə aylıq müavinət və ya pensiya ödənişi davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmçinin sağlamlıq imkanları məhdudluq müddəti həmin vaxtdan bitən uşaqlar üçün də bu müddət uzadıldığına görə onlara da aylıq müavinət ödənilməkdə davam edir.

Eyni zamanda, qeyd olunan əlilliyi olan şəxslərdən birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq təqaüdün verilməsi də davam edir.

Bu sosial müdafiə tədbiri ümumilikdə 14 min şəxsi əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb

Ən sərfəli kredit üçün müraciət et

fed

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et