Nazirlik startapçılara müraciət edib | Banco.az

Nazirlik startapçılara müraciət edib

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə gənclərini, startapçılarını yeni elan edilən qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edib.

Bunu Nazirliyin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov bildirib.

"Məlum olduğu kimi, Azərbaycanda İnnovasiyalara Dəstək Dövlət Fondu tərəfindən yeni qrant müsabiqəsi elan edilib. İştirak etmək istəyənlər Fondun saytı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər. Gəncləri, innovativ ideyaları olan startapçıları dövlət fondu tərəfindən elan edilmiş bu müsabiqədə fəal iştirak etməyə dəvət edirəm. Öz layihələrini Azərbaycan dövlətinin dəstəyi ilə, yaradılmış mövcud imkanlardan istifadə etməklə reallaşdırsınlar", - deyə T.Məmmədov bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et