Nazirlik şirkətləri maliyyə hesabatlarını açıqlamamağa dəvət edib | Banco.az

Nazirlik şirkətləri maliyyə hesabatlarını açıqlamamağa dəvət edib

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın Maliyyə Nazirliyi şirkətlərə maliyyə hesabatlarını açıqlamamağa icazə verən qanun layihəsinin  2023-cü il iyulun 1-dək uzadılmasını təklif edib.

Banco.az xəbər verir ki, bu, Rusiya firmalarına qarşı sanksiyaların tətbiqi ilə əlaqədardır. 

Qurumun rəsmi bəyanatında qeyd olunur ki, “Müvafiq layihənin məqsədi konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan məlumatlardan rusiyalılara qarşı xarici sanksiyalar fonunda istifadə edilməsi riskini azaltmaqdır”.

Hazırda Rusiya şirkətlərinin maliyyə hesabatlarını açıqlamamaq hüququ açıq səhmdar cəmiyyətlərinə şamil edilir. Müvafiq qanun Rusiya iqtisadiyyatının maliyyə və bank sektorlarına qarşı genişmiqyaslı beynəlxalq sanksiyaların tətbiqindən dərhal sonra qəbul edilib. Qanun bu ilin sonuna qədər öz qüvvəsində qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et