Nazirlik elektron vakansiya sistemi yaradır | Banco.az

Nazirlik elektron vakansiya sistemi yaradır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  elektron vakansiya sisteminin yaradılması üzərində işləyir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, elektron sistem yaradıldıqdan sonra həm işəgötürənlər, həm də işsizlər məşğulluq orqanlarına getmədən iş və ya işçi tapa biləcəklər: "Bu sistem vasitəsilə işəgötürən öz vakansiyalarını virtual sistemdə yerləşdirə biləcək. Həmçinin işaxtaranlar da elektron qaydada özlərinə iş tapa biləcəklər. Əgər işçi işə göndərişlə getmək istəyirsə, o halda onlar da məşğulluq orqanlarına müraciət edə biləcəklər".

Ən sərfəli kredit üçün müraciət et

S.Müslümov əlavə edib ki, ünvanlı sosial yardım üçün müraciət edənlərin sayında azalma müşahidə olunur. "2016-cı ilin sonuna sistemdə ilkin müayinədən keçmiş 165 min ailə var idisə, artıq bu rəqəm 117 minə enib", - deyə nazir qeyd edib.

Mənbə: Apa.az