Nazirlik dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib | Banco.az

Nazirlik dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib

İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi alan vergi ödəyicilərinin siyahılarını təqdim edib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, siyahılar Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilib. 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edək ki, bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin, pandemiyadan zərər çəkən sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

APA