Nazirlər Kabinetinin Gənclər Fondunun illik maliyyə hesabatlarını təsdiqləmək səlahiyyəti ləğv edilib | Banco.az

Nazirlər Kabinetinin Gənclər Fondunun illik maliyyə hesabatlarını təsdiqləmək səlahiyyəti ləğv edilib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin illik maliyyə hesabatlarını təsdiqləmək sahəsində səlahiyyəti ləğv olunub.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.

İllik maliyyə hesabatlarını Gənclər Fondu özü təsdiqləyəcək. Fonda Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiqləmək səlahiyyəti də verilib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et