Nazirlər Kabinetinin bir neçə şöbələri ləğv oluna bilər | Banco.az

Nazirlər Kabinetinin bir neçə şöbələri ləğv oluna bilər

"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edən zaman bildirib.

“Keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".

Ən sərfəli kredit üçün müraciət et

marja

Ən sərfəli krediti almaq üçün müraciət et