"Cari ildə Venesuelanın neft infrastrukturu dörd dəfə hücuma məruz qalıb".
Bunu ölkənin neft naziri Manuel Quevedo “Rusiya Enerji Həftəsi-2019”dakı nitqi zamanı bildirib.
“Neft hasilatımıza ziyan vurmaq üçün enerji infrastrukturumuza hücumlar olub. Bu il enerji sahəmizə dörd hücum olub, indi hasilatımız gündəlik 1 milyon bareldən də azdır. Hasilatı 1 milyon barelə çatdırmaq üçün yeni plan hazırlamışıq”, - deyə nazir qeyd edib.
Report.az