Nazir: "Sərt pul siyasətinin aparıldığı dövrdə investisiyanın təşviqi böyük əhəmiyyət daşıyır" | Banco.az

Nazir: "Sərt pul siyasətinin aparıldığı dövrdə investisiyanın təşviqi böyük əhəmiyyət daşıyır"

"Azərbaycanın regionları üzrə qazlaşma səviyyəsi 83%-ə çatıb". Bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev söyləyib.

Ş. Mustafayev deyib ki, keçən il 87 min hektar torpağın keyfiyyəti yaxşılaşdırılıb: "Bu il Neft Fondundan əldə edilən vəsaitlər hesabına 154 min hektardan çox torpağa su çatdırılacaq. Son illər 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Hazırda 22 rayonda 27 aqroparkın yaradılmasına hazırlıq işləri görülür. 60% kənd təsərrüfatı məhsulları ilə təminat 100% və artıq olub. Ötən il 148 min daimi olmaqla, 190 minə yaxın iş yeri açılıb".

Ən sərfəli kredit üçün müraciət et

Nazir bildirib ki, sərt pul siyasətinin aparıldığı dövrdə investisiyanın təşviqi böyük əhəmiyyət daşıyır.

"Minimum əməkhaqqının artırılması, elektrik və qaz qiymətlərində differensial yanaşmanın tətbiqi əhaliyə sosial qayğının göstəricisidir", - deyə o qeyd edib.

Ş. Mustafayev qeyd edib ki, yoxlamaların dayandırılmasından sonra vergi yoxlamaları istisna olmaqla, cəmi 60 yoxlama aparılıb: "Müqayisə üçün 2015-ci ildə 60 mindən çox yoxlama aparılmışdı. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində görülən işlər nəticəsində Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb".

Mənbə: Apa.az