Nazir Samir Şərifov Fransanın dövlət katibi ilə görüşüb | Banco.az

Nazir Samir Şərifov Fransanın dövlət katibi ilə görüşüb

Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar barədə qonaqları məlumatlandıran S. Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İ Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Fransanın dövlət katibi ölkəsini təmsil edən idmançıların və nümayəndə heyətinin Bakıdan böyük təəssüratla qayıtdığını diqqətə çatdırıb. Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən M. Feklin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

apa.az