Nazir: "Neftin qiymətinin 80 dollar/barelədək artması çox az ehtimaldır" | Banco.az

Nazir: "Neftin qiymətinin 80 dollar/barelədək artması çox az ehtimaldır"

Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi neftin qiymətinin bir barel üçün 80 dollara qalxmasının olduqca az ehtimal olunduğunu, buna görə də neft istehsalçılarının daha rasional şəkildə hazırkı şəraitdə, təxminən, 60 dollar/barel qiyməti ilə yaşamalı olduğunu düşünür.

Bu barədə Ər-Rumhi TASS-a bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Bütün istehsalçılar üçün neftin bir barelinin 60 dollar əvəzinə 80 dollar olması sərfəlidir, amma bu, rasionaldırmı? Çox güman, indiki şəraitdə yox. Mövcud iqtisadi mühitdə hərəkət etməliyik. Neftin qiymətinin 60 dollar/bareldən 80-ə yüksəlməsinə sevinərəm, amma bu, olduqca az ehtimaldır", - o deyib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et