Nazir müavini Beynəlxalq Bank haqqında danışdı | Banco.az

Nazir müavini Beynəlxalq Bank haqqında danışdı

"Azərbaycan Beynəlxaql Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası ən optimal çıxış yoludur". Bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Təbdir iştirakçılarından biri nazir müavininə "niyə ABB-nin borclarını ödəmək iqtidarında ola-ola xarici öhdəliklərini restrukturizasiya etmək, bununla da ölkənin kredit və investisiya reytinqi üçün təhlükə yaratmaq qərarına gəlib?" sualını verib.

"Azərbaycan ən optimal variant üzərində çalışır. Ölkənin valyuta ehtiyatlarından istifadə ən son variantdır", - deyə S.Babayev cavab verib.

Ən sərfəli kredit üçün müraciət et

Mayın 11-də ABB xarici öhdəliklər (3,34 mlrd. dollar) üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Bankın səhmlərinin 91,3%-i dövlətə məxsusdur.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et