Nazir müavini: Azərbaycanda qazlaşdırma səviyyəsi 96,5%-dir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Nazir müavini: Azərbaycanda qazlaşdırma səviyyəsi 96,5%-dir

Ölkəmiz dünyada ən çox qazlaşma olan ölkələrdən biridir, birincisidir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

    Nazir müavini bildirib ki, hazırda ölkədə qazlaşdırma səviyyəsi 96,5%-dir: “Kiçik kəndlərin, dağ kəndlərinin qazlaşmasında müəyyən problemlər var, bunların həllinə çalışırıq. Qazlaşdırma insanların məişət probleminin həllində xüsusi rol oynayır. Amma indi yeni enerji mənbələri ortaya çıxır. 7-8 ev olan bir kəndə qaz çəkmək nə dərəcədə səmərəlidir?! Biz hələ yeni enerji mənbələrinə vərdiş etməmişik, amma yavaş-yavaş bu istiqamətdə işlər gedir. Gələcəkdə yəqin ki, digər mənbələrdən istifadə etməliyik ki, bu məsələlər həllini tapsın”.

    apa