Azərbaycanda kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxılmalıdır.
Bunu maliyyə naziri Samir Şərifov parlamentin 5 komitəsinin bugünkü birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib.
"Hazırda özəlləşmə proqamı hazırlanır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır", - deyə nazir qeyd edib.
Mənbə: Report.az