Nazir: İşçilərin işdənçıxarma müavinətinin artırılması nəzərdə tutulur | Banco.az

Nazir: İşçilərin işdənçıxarma müavinətinin artırılması nəzərdə tutulur

“Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq”. 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, qeyri-rəsmi məşğulluq məsələsi tək bir nazirliyin işi deyil: “Müxtəlif orqanlar tərəfindən bu istiqamətdə ümumi tənzimlənmə və koordinasiya məsələlərinə ehtiyac olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev baş nazirin müavininin başçılığı ilə komissiya yaradıb. Həmin komissiyaya daxil olan orqanlardan biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında tənzimlənmə funksiyasını həyata keçirən orqandır”.

Nazir bildirib ki, dəyişikliklərin “İşsizlikdən sığorta haqqında” Qanunun qəbulundan sonra 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi gözlənilir: “Dəyişikliklər işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin bir aylıq orta əmək haqqından artırılaraq iki aylıq orta əmək haqqı səviyyəsində müəyyən edilməsini nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Milli məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, bu yöndə normativ hüquqi aktların qəbuluna baxmayaraq, bəzi müəssisələr işçilərin məvacibini az göstərir. 

İşçilərin hüquqlarının qorunması yönündə atılan addımlardan danışan millət vəkili bildirib ki, Əmək Məcəlləsinə dəyişikliklər əmək bazarına nəzarətin gücləndirilməsi, işəgötürənin hüquqi məsuliyyətinin daha da artırılması istiqamətində mühüm addımdır”.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et