Nazir: "Gələn il pensiyaların tam məbləğinin indeksləşdirilməsi üçün vəsait var" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Nazir: "Gələn il pensiyaların tam məbləğinin indeksləşdirilməsi üçün vəsait var"

"Dövlət büdcəsinin tərtibində maliyyələşmələr üçün kifayət qədər vəsait qoyulub. Pensiyaların artımı mexanizmi artıq dəyişib. Pensiyaların artımı ölkədə əvvəlki ilin əmək haqqının artımına bağlanacaq, amma bütün məbləğ indeksləşdiriləcək".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Pensiyaların artımı bundan sonra artıq bu yolla gedəcək. Ona görə də biz bu il üçün nəzərdə tutulan əmək haqlarının orta artım göstəricisini İqtisadiyyat Nazirliyindən almışıq, ona uyğun da gələn il pensiyaların tam məbləğinin indeksləşdirilməsi üçün vəsait qoyulub", - deyə o qeyd edib.

Mənbə: Apa.az