Nazir: Beynəlxalq Bankın özəlləşdirilməsinə hazırlıqlar başlaya bilər | Banco.az

Nazir: Beynəlxalq Bankın özəlləşdirilməsinə hazırlıqlar başlaya bilər

"Artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirməqabağı tədbirlərin həyata keçirilməsinə başlamaq olar".

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"EBRD rəhbəri Azərbaycanda səfərdə olan zaman bu məsələ ilə maraqlanıb. Şübhəsiz ki, onlar öz maraqlarını bildiriblər ki, bu proseslərdə iştirak etsinlər. Biz də bu müzakirələri gələcəkdə davam etdirəcəyik", - deyə nazir əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Digər təşkilatların marağına gəlincə S.Şərifov bildirib ki, hələ ki, bu barədə danışmaq bir qədər tezdir: "Hazırlıq işləri aparılacaq. Müvafiq təcrübəli və beynəlxalq aləmdə nüfuzu olan məsləhətçilər bu prosesə cəlb olunacaq və bunun əsasında özəlləşdirmə strategiyası formalaşdırılacaq. Bundan sonra strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə, özəlləşdirmə açıq elan ediləcək. 2018-ci ilin əvvəlində ola bilsin ki, özəlləşdirilmə prosesinə başlanılsın".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et