Nazir: "Azərbaycan bankları risklərin idarə edilməsində müstəqildir" | Banco.az

Nazir: "Azərbaycan bankları risklərin idarə edilməsində müstəqildir"

"Azərbaycan bankları risklərin idarə edilməsi məsələsində müstəqildirlər".Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü parlamentin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib: 

"Başa düşürəm ki, bu problemlərin məğzi ondan ibarətdir ki, banklar girov qismində kənd yerində olan əmlakı həvəslə qəbul etmirlər. Çünki bu əmlakın ləğv edilməsi məsələsi, Bakı və digər iri şəhərlərdə əmlakı girov qismində qəbul etməyə üstünlük verilməsi ilə əlaqədar başqa amillər mövcuddur". 

S.Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi mövcud vəziyyətə təsir etməyə kömək edəcək inzibati tədbirlərin tətbiqi imkanlarını görmür: "Ölkənin kommersiya bankları risklərin idarə edilməsi üzə öz siyasətlərini yürüdür və bu məsələdə müstəqildirlər. Maliyyə Nazirliyi bu məsələyə qarışa bilməz".

 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et