Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 65 mln. 956 min 200 ABŞ dolları təşkil edib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 596 min 800 dollar və ya 7,49% çoxdur.
Bu ilin ilk üç ayında Naxçıvanda xarici ticarət dövriyyəsinin 53 mln. 423 min 900 dolları ixracın payına düşüb ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 106 min 600 dollar və ya 0,2% çoxdur.
Bu il ərzində muxtar respublikaya idxal edilmiş məhsulların həcmi 12 mln. 532 min 300 dollar təşkil edib ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4 mln. 490 min 200 dollar və ya 55,83% çoxdur.
Nəticədə bu ilin ilk rübündə xarici ticarətdə 40 mln. 891 min 600 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 4 mln. 383 min 600 dollar və ya 9,68% azdır.
Xatırladaq ki, 2018-ci ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 61 mln. 359 min 400 dollar olub. Bunun 53 mln. 317 min. 300 dollarını ixrac, 8 mln. 42 min 100 dollarını idxal təşkil edib və 45 mln. 275 min 200 dollar dəyərində müsbət saldo yaranıb.
Report.az