Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2% azalıb | Banco.az

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2% azalıb

2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 351 mln 390,8 min ABŞ dolları təşkil edib.

Bu, bir il öncəki göstəricidən 7 mln 056 min dollar və ya 2,5% çoxdur.

Bu ilin 9 ayinda muxtar respublikanın xarici ticarət dövriyyəsinin 307 mln 559,3 min dollarını ixracın payına düşüb. Bu isə 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 919,9 min dollar və ya 0,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının xarici ticarətinin 43 mln 831,5 min dollarını idxal təşkil edib ki, bu da ötən ilin 9 aylıq göstərici ilə müqayisədə mln 136,1 min dollar və ya 16,3% çoxdur.

Nəticədə muxtar respublikanın xarici ticarətindən 263 mln 727,8 min dollar dəyərində müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5 mln 216,2 min dollar və ya 1,94% azdır.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et