Naxçıvandakı banklar 5 mln. manatlıq kredit verib | Banco.az

Naxçıvandakı banklar 5 mln. manatlıq kredit verib

Naxçıvan Muxtar Respublikası üzrə banklar tərəfindən 2017-ci ilin yanvar-mart aylarında verilmiş kreditlərin həcmi 5 mln. 21 min manat olub.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən verilən məlumata görə, bunun 1 mln. 252 min manatı qısamüddətli, 3 mln. 769 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Həmin müddətdə verilmiş kreditlərin 14,3%-ini və ya 716 min manatı kənd təsərrüfatının kreditləşdirilməsinə yönəldilib.

Ən sərfəli kredit üçün müraciət et

"Cari ildə banklar tərəfindən kənd təsərrüfatına əsasən əkinçilik, bostan-tərəvəz məhsullarının istehsalı üçün kreditlər verilərkən aşağı faiz dərəcələrinin tətbiq edilməsi nəzərdə tutulub, - deyə idarədən bildirilib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et