Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyətinin genişləndirilməsi və vətəndaşların sığorta xidmətləri ilə tam təmin olunması istiqamətində səmərəli işlər davam etdirilir.
Muxtar respublikanın Dövlət Baş Sığorta Agentliyindən verilən məlumata görə, ötən ilin ilk səkkiz ayı ilə müqayisədə cari ilin müvafiq dövründə sığorta tədiyyələrinin toplanması və müqavilələrin bağlanması istiqamətində 10,2 faiz artım müşahidə olunub.
Nəqliyyat, daşınmaz əmlak, əmlak sığortası, insanların həyatına və sağlamlığına dəymiş zərərlər üzrə və digər sığorta növləri üzrə ödənilən sığorta məbləğləri isə 22,2 faiz artıb.
AzərTAc