Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 246,51 mln. manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.
Sənaye məhsulu istehsalının 96,3%-i malların, 3,7%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93% təşkil edib.
I rübdə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 3 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 35 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Report.az