Naxçıvanda orta aylıq əməkhaqqı artıb | Banco.az

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

2019-cu ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,3 manat təşkil edib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

Qeyd edilir ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2019-cu ilin yanvar-aprel aylarında 117 milyon 689 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 313 min 400 ABŞ dolları təşkil edib, 78 milyon 937 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et