Naxçıvanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb | Banco.az

Naxçıvanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb

Bu ilin yanvar-mart ayında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 585,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,2% çoxdur. Xatırladaq ki, bu ilin yanvar-fevral ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 559,6 manata bərabər olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram