Naxçıvanda orta aylıq əməkhaqqı 527 manatı ötüb | Banco.az

Naxçıvanda orta aylıq əməkhaqqı 527 manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 527,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram