Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-dakı banklar və bank olmayan kredit təşkilatları 52,1 milyon manat kredit verib.
Yerli Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Məlumata görə, kreditlərin 7,8 milyon manatı və yaxud 15%-i qısamüddətli, 44,3 milyon manatı və yaxud 85%-i isə uzunmüddətli kreditlər olub.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!