Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşları 654 mln 443 min 600 manat təşkil edib.
Bu da bir il öncəki göstəricidən 1,3% çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 631 mln 634 min 500 manatı və ya 96,5%-i tikinti-quraşdırma işlərinin payına düşüb.
Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 646 mln 45 min manat vəsait yönəldilib.
Report.az