Naxçıvanda 1 mln. manatlıq ipoteka krediti verilib | Banco.az

Naxçıvanda 1 mln. manatlıq ipoteka krediti verilib

Naxçıvan İpoteka Fondu” ASC-nin indiyədək verdiyi ipoteka kreditlərinin məbləği açıqlanıb.

2016-cı ilin noyabrın 7-də yaradılan “Naxçıvan İpoteka Fondu”nun xətti ilə 951 min manat həcmində kreditlərin verilməsi təmin olunub.

Qeyd edək ki, Naxçıvanda əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində indiyədək görülmüş işlər cari ildə də davam etdiriləcək. Belə ki, 2017-ci ildə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsindəki 2 nömrəli, “İstiqlal” küçəsindəki 79 nömrəli yaşayış binalarının yenidən qurulması, Kəngərli rayonunda isə 48 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az