“Naxçıvan Sığorta”nın səhmləri dövriyyədən çıxarılır | Banco.az

“Naxçıvan Sığorta”nın səhmləri dövriyyədən çıxarılır

Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Naxçıvan Sığorta” ASC-nin 7 000 070 manatlıq nizamnamə kapitalını təşkil edən, hər birinin nominal dəyəri 63 637 manat olan 110 ədəd səhm dövriyyədən çıxarılır və ləğv edilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat verib.

Cəmiyyətin Ləğvetmə Komissiyası bəyan edib ki, qiymətli kağızların geri satın alınması onların nominal dəyəri üzrə həyata keçiriləcək.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram