Naxçıvan Muxtar Respublikasının büdcəsi azaldılır | Banco.az

Naxçıvan Muxtar Respublikasının büdcəsi azaldılır

Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur.

Bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

    Bu səbəblərə görə Muxtar Respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və ya 6,2 faiz azaldılır. Nəticədə NMR-in büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və ya 1,6 faiz manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək.

    APA

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et