Naxçıvan iqtisadiyyatı cüzi artıb | Banco.az

Naxçıvan iqtisadiyyatı cüzi artıb

Bu ilin I yarısında Naxçıvan MR-da 1 328 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur.

Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri isə 1% artaraq 2 876 manat olub.

6 aylıq ÜDM-in tərkibində ilk yeri 30,2 %-lik payla sənaye sahəsi tutub, maddi istehsalın payı 58% təşkil edib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulu 1 %, əsas kapitala yönəldilən vəsaitlər 0,4 %, kənd təsərrüfatı məhsulu 3 %, nəqliyyat sektorunda yük daşınması 0,3 %, informasiya və rabitə xidmətləri 8,2 % artıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et