Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 1 mlrd 7 mln 285,5 min manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq 2 190 manat olub.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 450 mln 876,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!