Naxçıvan iqtisadiyyatı 1% böyüyüb | Banco.az

Naxçıvan iqtisadiyyatı 1% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 727 mln. 919 min 600 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal  olunub.

Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.

Hər bir nəfərə düşən ÜDM-in həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 1 594,6 manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 330 mln. 716 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et