“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır | Banco.az

“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır

“Naxçıvan Bank” ASC-nin “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi ilə əlaqədar Bankın səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət "Naxçıvank Bank"ın 94 000 000 manatlıq nizamnamə kapitalını təşkil edən, hər birinin nominal dəyəri 94 manat olan 1 000 000 ədəd səhmdən gedir. Bunun 531 915 ədədi Bankın səhmdarlarının ötən il dekabrın 5-də keçirilmiş ümumi yığıncağında geri satın alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et