Müəllif: Tamara Mustafayeva, Banco.az
NATO-nun 2023-cü il üzrə hərbi büdcəsi 25 faiz artırılaraq təxminən 1,96 milyard avroya çatdırılıb.
Banco.az xəbər verir ki, NATO-nun bəyanatına görə, üzv ölkələrin razılığı ilə hərbi büdcə 25 faiz artırılaraq təxminən 1,96 milyard avroya, mülki büdcə isə təxminən 28 faiz artırılaraq 370,8 milyon avroya çatdırılıb.
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, büdcə artımı NATO müttəfiqlərinin iyunda Madriddə keçirilən NATO Sammitində qarşıya qoyduğu məqsədə nail olmaq istəyinin konkret ifadəsidir.
Qeyd edək ki, NATO-nun mülki büdcəsi NATO qərargahının personalı, əməliyyat xərcləri və proqram xərcləri kimi xərclər üçün istifadə olunur. Hərbi büdcə isə NATO-nun əməliyyatları, missiyaları və qərargahdakı komandanlıq strukturunun əməliyyat xərcləri üçün istifadə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!