Azərbaycan Respublikasının prezident İlham Əliyevin sərəncamına əsasən, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub. N. Əmirov Vahid Axundovu əvəzləyib.
Natiq Əmirov haqqında daha ətraflı
Әmirov Natiq Әrziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub.
Təhsil:
1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirmişdir.
Karyera:
- 1990-1991-ci illər - Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı,
- 1991-1993-cü illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi
- 1993-1994-cü illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi,
- 1994-1997-ci illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi,
- 1997-2000-ci illər - Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini,
- 2000-2001-ci illər - Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini,
- 2001-2003-cü illər - Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini,
- 2003-2005-ci illər- Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi,
- 2005-2009-cu illər- Azərbaycan Respublikası Vergilər nazirinin müavini,
- 2009-2016-ci illər - Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilmişdir.
Ailəlidir, 3 övladı var.