"Ötən ilin dekabr ayında neft hasilatının azaldılması ilə bağlı qərar özünü doğruldub. Hazırda neftin qiymətləri 50-60 dollar civarındadır".
Bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bu razılaşmanın müddətinin uzadılması ilə bağlı təkliflərə etiraz etmir: "Bildiyiniz kimi mayın 24-də OPEC və qeyri-OPEC ölkələrinin təmsilçiləri bir də yığılacaq və orada monitorinq qrupunun hesabatı dinləniləcək. Xam neftə olan tələbat və qlobal iqtisadiyyatdakı tendensiyalar müzakirə ediləcək. Hesab edirəm ki, biz ilin sonuna kimi qiymətləri sabit saxlamaq istəyiriksə, danışıqlardan sonra hasilatı stabil saxlamağa davam edə bilərik. Məncə, bu bizim xeyrimizədir".
Mənbə: Report.az