Rusiyalı model Natalya Vodyanova xeyriyyə təşkilatlarına hədiyyə üçün satın alına biləcək “LoveCoins” adlı kriptovalyuta çıxarıb.
Rusiya mətbuatında yer alan xəbərə görə, rus model və aktivistin tərtib etdiyi cib telefonu tətbiqi olan “Elbi” ilə xeyriyyə cəmiyyətlərinə bağışlanmaq üçün “LoveCoins” adlı kriptovalyutaların alınması mümkün olacaq.
Həmin valyutalar bundan əlavə, “Givenchy”, “Dior”, “Fendi” və “Christian Louboutin” kimi məşhur markaların məhsullarını satın almaq üçün istifadə edilə biləcək.
Məsələ ilə əlaqədar açıqlama verən Vodyanova “Elbi” tətbiqinin istifadəçilərin ehtiyacı olanlara yardımını təmin edəcəyini söyləyib.
LoveCoins-lər tətbiq üzərində yığılıb “Louis Vuitton” və “Messika” kimi markaların hərraclarında da istifadə edilə bilirlər.
Tətbiq vasitəsilə 24 saat ərzində satın alınan kriptovalyutalar sayılır və əldə edilən pulun miqdarı artdıqca, hərracı qazanmaq şansı bir o qədər artır.
Proqram hazırda Rusiya, Kanada və Hindistandakı “Android” sistemlərində mövcuddur və tezliklə “Apple”-ın “AppStore” tətbiq mağazasında da yer alacağı gözlənilir.