NASA və "Boeing" ilk ekipajlı uçuş testini yenidən təxirə salıb | Banco.az

NASA və "Boeing" ilk ekipajlı uçuş testini yenidən təxirə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

NASA və “Boeing” Starliner kapsulunun ilk ekipajlı uçuş sınağının texniki nasazlıqlar səbəbindən yenidən təxirə salındığını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın aviasiya şirkəti “Boeing”in Kommersiya Qrupu üzrə vitse-prezidenti Mark Nappi gələn həftəni kapsulun uçuş üçün təhlükəsiz hala gətirilməsinə sərf edəcəklərini bildirib. Bununla belə, rəsmilər yeni buraxılış tarixini elan etməyiblər.

Xatırladaq ki, aprel ayına planlaşdırılan uçuş ilkin olaraq may ayına təxirə salınmışdı. Bu dəfə də “Boeing” şirkətinin mühəndisləri tərəfindən aşkar edilən texniki nasazlıqlar səbəbindən reys ikinci dəfə təxirə salınmalı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et