Nağdsız ödənişlərin həcmi hələ də kiçikdir | Banco.az

Nağdsız ödənişlərin həcmi hələ də kiçikdir

Qeyd etdiyimiz kimi, avqust ayı ərzində ödəniş kartları  ilə aparılan əməliyyatların sayı 6151 min, əməliyyatların həcmi isə 950 milyon AZN olmuşdur.

Bu əməliyyatları, ölkədaxili və ölxarici olmaqla, həmçinin nağdlaşdırma və nağdsız əməliyyatlar olaraq, qruplaşdırmaq olar. Ölkə daxilində keçirilən əməliyyatlardan 4265 mini ATM, 23 min isə POS terminal vasitəsi ilə edilən nağdlaşdırma əməliyyatıdır. Müvafiq olaraq, onların manatla həcmi 750 və 58 milyon AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədaxili nağdsız ödənişlərin isə 50 mini ATM,  824 mini isə POS Terminal vasitəsi ilə edilib.  Beləliklə bütün əməliyyatlardan cəmi 14%-i ölkə daxilində həyata keçirilən nağdsız ödənişləri əhatə edir.  

Ən sərfəli krediti almaq üçün müraciət et