Nağdsız ödənişlərə vergi güzəştləri olacaq | Banco.az

Nağdsız ödənişlərə vergi güzəştləri olacaq

Rəqəmsal ticarətdə vergiqoyma dəyişəcək.

“Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb”.  

Fins.az-ın məlumatına görə bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyev qeyd edib ki, nağdsız ödənişlərə tətbiq edilən vergi dərəcəsi də azaldıla bilər: 

“Təkliflərdən biri budur ki, 1 000 manatdan yuxarı bütün ödənişlər nağdsız olmalıdır. Digər təklif isə bu ödənişlərə vergi güzəştləri ilə bağlıdır”.

Nazir müavini deyib, nümunəvi vergi ödəyiciləri ilə bağlı da müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, nazir müavini bildirib ki, ölkədə rəqəmsal ticarətin vergiyə cəlb edilməsi və transfer qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub. 

“BMT və iqtisadi əməkdaşlıq təşkilatlarının transfer qiymətləri ilə bağlı müəyyən qaydaları var və biz bu təcrübədən yararlanacağıq”.

Nazir müavini qeyd edib ki, “Tax free”nin bütün sərhəd keçid məntəqələrində tətbiqi planlaşdırılır: 

“İyundan “Tax free” tətbiq edilib. Bu günə olan məlumata görə, artıq 45 minə yaxın şəxsə 104 min manata qədər ƏDV qaytarılıb. Bu isə dövriyyənin 2 mln. manat olduğunu göstərir”.

İ.Vəliyev deyib ki, vergi sisteminin differensiallaşdırılması ƏDV-nin azalmasına xidmət edir.

Ən sərfəli krediti almaq üçün müraciət et