Nağdsız ödənişlər ilk dəfə çıxdığı andan etibarən o qədər sürətlə yayıldı ki, texnoloji olaraq dünyanın ən geridəqalmış ölkələri də bu tendensiyaya qoşulmağa gecikmədilər. Sürətlə yayılan və müxtəlif ödəmə imkanları təqdim edən nağdsız ödəmələr, sonradan daha çox inkişaf edərək təmassız, hətta kartsız ödəmələrə qədər gətirib çıxardı.
Nağdsız ödəmələri inkişaf etdirən iki əsas amil var: banklar və elektron pulqabılar.
Hazırda da nağdsız ödənişlər dünyada ən çox yayılmış tendensiyalardan biridir. İnternetin hansı miqyasda böyüdüyünü nəzərə alsaq, nağdsız ödənişlərin belə inkişafı bizə təəccüblü gəlməyəcək.
Bu proses zamamanı bəzi ölkələr asanlıqla nağd puldan imtina edir, bəziləri isə konservativ şəkildə nağd pulu müdafiə edir. Nağd puldan imtina İsveç kimi ölkələrdə sürətli baş verir və müsbət nəticələnir, Somali kimi ölkələrdə isə tərsinə, transformasiya gec baş verir və mənfi iqtisadi nəticələrə gətirir.
Texnologiya iqdisadiyyat dünyasına fenomenal inkişaf gətirir. Bu inkişaf nəticəsində Hindistanda (46%), İndoneziyada (37%), Meksikada (34%) və Türkiyədə (34%) istifadəçi mobil ödəmələrə üstünlük verir. Elektron pulqabılar Şərqi Afrikada da məşhurdur. Ümumilikdə, Nielsen tədqiqat şirkətinin məlumatına görə, dünyada mobil qeyri-bank xidmətlərindən istifadə edənlərin sayı 2 milyarddır. Ölkəmizdə də bu inkişaf açıq hiss olunur. PashaPay-ın şirkətinin ötən il təqdim etdiyi m10 elektron pulqabısı qısa zamanda geniş yayıldı.
Dünyaya nəzər saldıqda mənzərə tam aydın olur. ABŞ, Kanada və Avropanın inkişaf etmiş ölkələrində mobil bankçılıq və elektron pulqabılar xeyli inkişaf edib və müasir ödəmə imkanları təqdim edirlər.
Müxtəlif ölkələrdə müxtəlif nağdsız ödəmə imkanları istifadəçilərə təqdim olundu. Misal olaraq;
Rusiya
Rusiyanın bank nəhəngi Sberbank mağazalar şəbəkəsində barmaq izi ilə ödəmə imkanı yaradıb. Xüsusi terminallar vasitəsilə heç bir bank kartına ehtiyac olmadan, sadəcə barmaq izi ilə ödəmək mümkündür. Qeydiyyat da mağaza daxilində olduğu üçün faktiki olaraq bank aradan çıxmış sayılır.
Yaponiya
Turistlər üçün nəzərdə tutulan yerlərdə barmaq izi ilə ödəniş — Omotenaşi 2020-ci ilin Olimpiya oyunları üçün hazırlanmışdı. Ruslardakı sistemdən fərqli olaraq burada ödəniş turistlər üçün nəzərdə tutulması idi.
Belçika
QR ödənişlər Belçikada böyük istifadəçiv kütləsinə sahibdir. Sixdots mobil ödəmə sistemi 2014-cü ildən QR kod ilə ödəmə imkanı yaradıb və kifayət qədər populyarlıq qazanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!