Nağdsız ödənişlər 40% artıb | Banco.az

Nağdsız ödənişlər 40% artıb

Bu ilin I rübündə qlobal miqyasda nağdsız ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.

Bu barədə “MasterCard” beynəlxalq ödəniş sisteminin 19 ölkədə 17 mindən çox insan arasında apardığı araşdırmada qeyd olunub.

Məlumata görə, bu ilin yanvar-mart aylarında hər 10 nəfərdən 8-i kontaktsız ödəniş etməyə üstünlük verib. Cari dövrdə supermarketlərdə aparılan təmasız əməliyyatlar, bütün digər kart ödənişlərinə nisbətən 2 dəfə çox artıb.

Bundan başqa, hesabat dövründə Asiya-Sakit Okean regionunda təmasız ödənişlər 2,5 dəfə, Orta Şərqdə və Afrikada 4 dəfə, Şimali Amerikada 3 dəfə artıb.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et