Nağdsız hesablaşmalara dair yeni hədd müəyyənləşdirilir | Banco.az

Nağdsız hesablaşmalara dair yeni hədd müəyyənləşdirilir

“Vergi Məcəlləsinə dəyişikliklər bağlı digər qanunvericilik aktlarına da dəyişikliklər ediləcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.

O bildirib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna ediləcək dəyişikliklər bu sahədə vergidən yayınma hallarının qarşısını almağa hesablanıb: “Hesablaşmalarla bağlı mövcud çeklər üzrə olan məlumatlar təhlil edilib, uyğunsuzluqlar aşkar edilib. Ona görə də qanunvericilikdə bu sahədə yeni hədd müəyyən edilir. Təklif edilən bütün dəyişikliklər vergidən yayınma hallarının qarşısını almağa hesablanıb”.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram