Nağdsız əməliyyatların həcmi 1.6 dəfə artıb | Banco.az

Nağdsız əməliyyatların həcmi 1.6 dəfə artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb.

2024-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5697 mln. manat təşkil edib.

Məlumata görə,həyata keçirilən nağdsız ödənişlərin 4737 mln. manatı elektron ticarətin payına düşür. 

Qalan məbləğin 952 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.7%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et